Yaponiyada hakim Liberal Demokratik Partiyası (LDP) pul yığanlardan “gəlirləri az bəyan etməkdə” ittiham olunur. Şübhəli nazirlər istefa veriblər.
Tribunainfo.az Haber Globala istinadən xəbər verir ki, LDP-də “Abe Şinzo” qrupu “Seiwa” Fraksiyaya mənsub millət vəkillərinin “partiyaya pul toplama tədbirlərindən əldə etdikləri gəlirləri aşağı saldıqları” iddia edilir. İddialar Yaponiya gündəmindədir.
Baş nazir Kişida Fumionun kabinetində “Seiwa” fraksiya və “gəlirlərini az bəyan etdikləri üçün” 4 şübhəli nazir istefa verib.
Kişida istefaları qəbul edib. Beləliklə, Kişidanın kabinetində 4 yüksək vəzifəli yer boş qalıb.
Qeyd edək ki, Hökumət sözçüsü, Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, iqtisadiyyat naziri Nişimura Yasutoşi, kənd təsərrüfatı naziri Miyaşita İçiro və daxili işlər naziri Suzuki Junji öz vəzifələrini tərk ediblər.