Bu nazir istefa verir – SƏBƏBbackend

Bu nazir istefa verir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Fumio Kişida siyasi qalmaqallarla dolu üç illik fəaliyyətini başa vuraraq, sentyabrda istefa verəcəyini açıqlayıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, baş nazirin israfçılığı partiyanın sədrliyini və bununla da dünyanın dördüncü ən böyük iqtisadiyyatına rəhbərlik edəcək adamı tapmaq üçün yarışa səbəb olacaq.

Yaponiyanın baş naziri Fumio Kişida çərşənbə günü keçirdiyi mətbuat konfransında Liberal Demokrat Partiyasının (LDP) liderliyinə yenidən namizəd olmamaq qərarını açıqlayıb.

Kişida qərarını açıqlayaraq, “Siyasət ictimai etimad olmadan işləyə bilməz. İndi mən partiyanın sıravi üzvü kimi yeni seçilmiş LDP liderini dəstəkləməyə diqqət yetirəcəyəm” deyib.

Onun sentyabrda baş tutacaq istefa qərarı partiya sədrliyinə və bu səbəbdən də dünyanın dördüncü böyük iqtisadiyyatına rəhbərlik edəcək şəxsin tapılması uğrunda yarışa səbəb olacaq.