Bu müğənnini başı bəlada, qadağan olunan yerdə görün nə etdibackend

Bu müğənnini başı bəlada, qadağan olunan yerdə görün nə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Keti Perri yeni mahnısına çəkdirdiyi klipi ilə gündəmə gəlib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, müğənninin icazəsiz ekoloji cəhətdən həssas qum təpələrində klip çəkdirdiyi açıqlanıb.

Müğənni Perrinin Balear adalarının ekoloji cəhətdən həssas qum təpələrində icazəsiz klip çəkdirdiyi iddiası ilə İspaniyanın hakimiyyət orqanları araşdırmalara başlayıb.

“Lifetimes” mahnısına çəkilən klipdə ifaçının İbiza və Formentera adalarında çimərliklərdə əyləndiyi, klublarda əyləndiyi görünür.

Lakin S’Espalmador adasındakı qorunan qum təpələrinin ortasında çəkildiyi düşünülən səhnələr narahatlıq doğurub.

Açıqlamada videoya görə məsul istehsal şirkətinin icazə almadığı iddia edilib. Keti Perri hələlik məsələyə münasibət bildirməyib.