Britni Spirsin həyatının bilinməyənlərindən bəhs etdiyi “İçimdəki qadın” memuarı New York Times-ın bestsellerlərindən biri oldu.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, dünyaca məşhur pop ulduzu Britni Spirsin şöhrət, karyera, analıq və azadlıq mövzularına diqqət yetirdiyi ” The Woman in Me” adlı xatirə kitabı ilk həftəsində satış rekordu qıraraq tarixə düşdü. Kitabda Spirsin şəxsi həyatı ilə bağlı bir çox naməlum detallar üzə çıxıb.
Oktyabrın 24-də rəflərə çıxan və Spirsin diqqətçəkən açıqlamaları ilə gündəmdə qalan kitab 2 milyon satışa çatıb.