“Easy On Me”, “Hello”, “Someone Like You” və “Rolling in the Deep” hitləri ilə tanınan britaniyalı müğənni Adel qismən kar olduğunu açıqlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, 2008-ci ildə ilk studiya albomu “19” ilə güclü səsi və mahnıları ilə həyatımıza daxil olan britaniyalı müğənni Adel musiqi karyerasından imtina edəcəyini açıqlayaraq pərəstişkarlarını təəccübləndirib.
Las-Veqasda “Weekends With Adele” verilişini davam etdirən 36 yaşlı müğənni nadir su bakteriyasına yoluxduqdan sonra “doğuşdan da pis” ağrılar keçirdiyini deyib.
Adel, “Qulaq infeksiyası var və olduqca qorxulu vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışam. Bu, mənim başıma gələn ən ağrılı şeydir”, -deyib.
Ceyran