Məşhur müğənni Emre Altuğ son 10 ildə çətin günlər keçdiyini bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, müğənni “Çox ağır depressiya keçirdim. Məni yaşadan oğullarım olub” deyib.
Son olaraq Star TV-nin məşhur Yalı Çapkını serialında “Orhan Korhan” obrazını canlandıran Emre Altuğ yaşadığı çətin dövrdən danışıb.
Yeni mahnısı “Geçiyor”un çəkilişi zamanı duyğulu anlar yaşadığını ifadə edən Altuğ: “Boşandım. Anamı itirdim. Aldatdılar. Böyük maddi itki yaşadım. Sonra atamı itirdim. Ona görə də bu mahnı mənə bir az bunları xatırladır”, – deyib.
Ceyran