Bu müğənni 32 yaşında milyarderlər siyahısına qoşuldubackend

Bu müğənni 32 yaşında milyarderlər siyahısına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm şəxsi həyatı, həm də layihələri və musiqi hit-paradlarının zirvəsinə yüksələn mahnıları ilə adından söz etdirən Selena Qomez milyarder statusuna çatıb. Məşhur ad ilk dəfə sərvətindən danışıb.

Tribunainfo.az Bloomberg-ə istinadən xəbər verir ki, sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez artıq rəsmi olaraq milyarderdir!

“Bloomberg” Milyarderlər İndeksinə görə, Qomezin ümumi sərvəti 1,3 milyard dollara çatıb.

Qomez milyarder statusuna çatmaqla bağlı hisslərini dilə gətirib.

Çox xoşbəxt olduğunu bildirən ulduz, “Mən əslində pul haqqında danışmaq istəmirəm bu çox xoş deyil, amma bu statusu gözəllik məhsullarımı alan insanlara borcluyam”, – deyib.

Dəniz Pənahova