Bu müəssisədə 152 nəfər cəzalandırıldı, 17 nəfər xidmətdən xaric olundu

Bu müəssisədə 152 nəfər cəzalandırıldı, 17 nəfər xidmətdən xaric olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvəqqəti saxlama yerlərində 93 monitorinq keçirilib.

Tribunainfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Bildirilib ki, daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Onlardan 17-si xidmətdən xaric olunub, 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb.