Bu məzunlar qəbul imtahanlarından azad olunacaqlar

Bu məzunlar qəbul imtahanlarından azad olunacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.
Bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. (modern.az)