Meyvə-tərəvəz qəbulunun insan orqanizminə nə qədər xeyirli olduğu hər kəsə məlumdur. Ancaq insanın cinsindən asılı olaraq meyvələrin təsiri də dəyişirmiş.
Tribunainfo.az xəbər verir ki, Edinburq Universitetinin ekspertləri apardıqları araşdırma zamanı müəyyən ediblər ki, qadın orqanizmi üçün ən faydalı meyvə avakadodur. Onun tərkibində B2 və dəmirin kompleks şəkildə olması qadınlarda qan dövriyyəsini optimallaşdırmağa imkan verir.
Bundan başqa, onun tərkibindəki E vitamini qadınlar hüceyrələrini yaş dəyişkənliyindən və viruslardan effektiv şəkildə qoruyur. Avakado xolestrinin miqdarının artmasına, ürəyin stabil fəaliyyətinə və piy qatlarının əriməsinə də şərait yaradır. Meyvənin tərkibindəki antioksidantlar xərçəng xəstəliyinin yaranmasına və horomonal problemlərə qarşı da müsbət təsir göstərir.