Müğənni Alişanla 6 illik evliliyindən Burak (5) adlı oğlu və Eliz (3) adlı qızı olan Buse Varol “üçüncü övlad” haqqında dediyi sözlərlə insanların beynində sual izi buraxıb. Məşhur aktyor eyni suala bu dəfə də tamam fərqli açıqlama verib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,”Dostlar Mahallesi” serialının çəkiliş meydançasında tanış olan və sevgili olmağa başlayan Alişan və Buse Varol 2018-ci ildə ailə həyatı qurublar. 2019-cu ildə oğulları Burakı dünyaya gətirən cütlük 2021-ci ildə Eliz adlı qızlarının dünyaya gəlməsi ilə ikinci dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıb.
Buse Varol ötən gün Nişantaşı City-də görüntülənib. Alış-verişə getdiyini deyən 34 yaşlı aktrisa “Uzun müddətdir Nişantaşına getmirəm. Dostlarımı ziyarət etdim, görüşlər keçirdim. Gələn mövsüm üçün ağlımda bir şey var. İnşallah nəsə baş verəcək”, – deyib.
Bayramda Misirə gedəcəklərini bildirən aktyor, “Fərqli bir şey yaşayacağıq. İlk dəfə uşaqlarla tək, dayəsiz bir yerə gedəcəyik. Ona görə həyəcanlıyam. Biz ilk dəfə Misirə gedəcəyik”.