Bu məşhurlar Moskvada aşiq oldular

Bu məşhurlar Moskvada aşiq oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildən xoşbəxt evliliyi olan Fahriye Evcen və Burak Özçivit tətil üçün Rusiyanın paytaxtı Moskvaya gediblər.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, tətil pozalarını izləyiciləri ilə bölüşən Evcen həyat yoldaşı Özçivitlə çəkdirdiyi fotoya da yer verib.

İllər əvvəl “Çalıkuşu” serialında tanış olan və dostluğu zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.

2019-cu ildə oğulları Karanı dünyaya gətirən və ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayan aktyor cütlüyü 2023-cü ildə ikinci oğulları Kərəmi dünyaya gətirib.

Xoşbəxt münasibətlərini davam etdirən məşhur cütlük Rusiyanın paytaxtı Moskvaya yollanıb. Evcen tətil pozalarını izləyiciləri ilə bölüşüb.

Ceyran