Demansla mübarizə aparan və aktyorluğu tərk edən Brüs Uillis uzun müddətdir ki, gözdən uzaq düşüb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Uillisin həyat yoldaşı Emma Heminq aktyorun səhhəti ilə bağlı açıqlama verib.
Brüs Uillisə beynin bəzi hissələrində disfunksiya nəticəsində yaranan və danışma, danışılanı anlama, oxuma və yazma kimi bacarıqlara təsir edən afaziya diaqnozu qoyulub.
Xəstəliyi səbəbindən aktyorluğu tərk edən və gözdən uzaq yaşayan Brüs Uillis daha sonra frontotemporal demansla mübarizə aparmağa başlayıb.
46 yaşlı Heminq “Town and Country” jurnalına müsahibəsində Uillisin sağlamlıq vəziyyəti ilə bağlı açıqlamalar verib.
“Bu xəstəliyə səhv diaqnoz qoyulur, diqqətdən kənarda qalır, səhv başa düşülür, ona görə də nəhayət diaqnoza nail olmaq çox vacib idi ki, mən “frontotemporal demansın” nə olduğunu öyrənə bildim və uşaqlarımızı maarifləndirə bildim”, – deyə Heminq müsahibəsində bildirib.
Əflatun