Məşhur aparıcı Seren Serengil it kəsiminə qarşı çıxmaq və heyvan hüquqları uğrunda daha effektiv mübarizə aparmaq üçün siyasətə girməyə qərar verib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Serengil heyvanları qorumaq üçün siyasətə girəcəyini açıqlayıb.
Qeyd edək ki, Kocaelinin Gebze rayonunda sahibsiz heyvanlar üçün sığınacaqda baş verən vəhşilik ictimaiyyəti dərindən sarsıdıb. Uzaqdan qeydə alınan görüntülər sevimli itin quyruğunu bulayarkən öldürüldüyü anları əks etdirib. İynələrlə kəsilən digər itlərin cəsədləri zibilliyə atılıb.
Heyvan qırğınından sonra məşhur müğənni, aktyor və aparıcı Seren Serengil vəziyyətə biganə qalmamaqla Ümraniye Heyvanlar Sığınacağına gedərək reaksiyasını göstərib. Serengil növbəti ümumi seçkilərdə millət vəkili namizədi olacağını açıqlayıb.
Əflatun