Bu məsələni sülh müqaviləsinə daxil etsək proses uzanacaq – Açıqlama

Bu məsələni sülh müqaviləsinə daxil etsək proses uzanacaq – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ciddi bir siyasi yarış gedir. Aİ, ABŞ, Rusiya hər biri sülhün öz platformasında imzalanmasını istəyir. Ermənistan da bunu əsas gətirərək “sülh müqaviləsinin zəmanətçiləri olsun” deyir. Ermənistanın bu təklifi həm də prosesi uzadır.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlarda maraqlıdır. Bu həm etimad mühitinin yaranması, həm də böyük güclərin sülh müqaviləsi bəhanəsi ilə prosesi ləngitmək və regiona müdaxilə imkanlarını bloklamaq baxımından vacibdir:

“Rəsmi Bakı indiki məqamda Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi mövzuya çevrilməsini istəmir. Buna görə də sülh danışıqlarının vasitəçilər olmadan, iki ölkə arasında imzalanmasını dəstəkləyir. İki ölkə razılığa gəlməsə, danışıqlar dayandırıla bilər.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələyə də aydınlıq gətirdi. Aydındır ki, delimitasiya və demarkasiya həqiqətən də uzun və qəliz bir prosesdir. Bunun bir gündə həll edilməsi o qədər də inandırıcı deyil. Sözügedən məsələnin zamana buraxılması iki ölkə arasında sülh müqaviləsinin imzalanıb, diplomatik siyasi münasibətlərin qurulması fonunda daha intesiv həll edilməsi mümkündür. Əgər sülh müqaviləsi və delimitasiya-demarkasiya prosesi arasında paralellik olsa, proses uzana bilər”.