Rusiyanın Bryansk şəhərində məktəbə silahlı basqın nəticəsində 1 nəfəri ölüb, 5 nəfəri yaralanıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Byransk şəhərində 5 saylı məktəbə silah götürən qız şagird atəş açıb.
Hücumda 1 nəfəri öldürən, 5 nəfəri yaralayan tələbə daha sonra intihar edib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri sövq edilərkən, yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.