Ucarda vətəndaşın aldığı şokoladın içərisindən dəmir parçası çıxıb. Şəhər sakini Kamil Əhmədov PressClub.Az-a bildirib ki, çay içən zaman, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin istehsal etdiyi “Floriya Rossi” adlı şokoladın içindən iri dəmir parçası çıxıb. Vətəndaş buna görə, İqtisadiyyat naziri Şahin Mustafayevə şikayət ərizəsi göndərdiyini deyir:
“Mətbuat vasitəsi ilə də nazirə müraciət edirəm. “Floriya Rossi” adlı bu içərisindən dəmir qırıntısı çıxan şokoladı və kağızını subut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım sağlamlığıma ciddi fəsadlar törədə bilərdi. Baxmasaydım, dişim sınacaqdı. Buna görədə şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir.”Darenka”, “Bəhri”, “Floriya Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhsullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir”.
Kamil Əhmədov deyir ki, “Koniform” MMC-nin əməlləri barədə İqtisadiyyat naziri Şahin Mustafayevin e-mail adresinə şikayət məktubu göndərib: “Həmçinin bu gün mərkəzi poçtla şikayət ərizəsi göndərmişəm. Mətbuat vasitəsi ilədə İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edirəm. Cənab nazir, sizdən xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olan, insanların həyat və sağlamlıqlarını təhlükədə qoyan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz”.
TİA.AZ