backend

BU MƏHSULU ALARKƏN DİQQƏTLİ OLUN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Artıq sosial şəbəkələrdə insanlar istehlakçıları bəzi məhsulların keyfiyyəti ilə bağlı xəbərdar edir. 

 Artıq sosial şəbəkələrdə insanlar istehlakçıları bəzi məhsulların keyfiyyəti ilə bağlı xəbərdar edir.

TİA.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi Şamxal Məhərrəmov saxta “squşonkalar”dan yazıb. 

O, istehlakçı hüquqlarından istifadə edərək bilməyənləri xəbərdar etmək istəyir: 

“Bu dəfə çoxumuzun xoşladığı qatılaşdırılmış süd, öyrəşdiyimiz dildə desək “squşonkalar” barədə xəbərdar etmək istəyirəm. Çoxlarınız üçün yəqin gözlənilməz olacaq. Marketlərdə bizi qatılaşdırılmış süd adı altında necə çaşdırırlar. Çox sadə. Qulağımız “squşonka” sözünə öyrəşib. Ona görə də bankanın üstündə o yazını görəndə düşünmədən alıb istifadə edirik. Əslində elə problem də burdadır. Normal squşonkalarda “Squşonka” sözü olmamalıdır. Squşonka tamamilə başqa tərkibdən ibarət olur – palma yağları, süd yağı əvəzləyicisi, quru süd, naməlum mənşəli digər yağlar, müxtəlif konservantlar və s. Sizə lazım olan normal məhsulun üzərində isə mütləq şəkildə “Цельное Молоко” (Tam yağlı süd) ifadəsi olmalıdır. Bu müxtəlif versiyalarda (“Цельное сгущенное молоко с сахаром”, “Молоко цельное сгущенное” və s.) ola bilər. Əsas bu 2 sözə diqqət edin! Digər məqam bankanın arxasındakı tərkibə diqqət etməkdir. Burada isə sadəcə şəkər və inək südü, bəzi hallarda əlavə olaraq, su da ola bilər. Başqa heç nə! İstənilən digər element varsa, artıq normal məhsul olmadığına şübhələnmək lazımdır. Əslində istehsalçılar hər şeyi olduğu kimi yazırlar, yəni birbaşa yalan və ya fırıldaq yoxdur. Mövzu hər hansı brendi və ya şirkəti pisləmək, anti-reklam etmək deyil. Sadəcə bir qədər diqqətli olmaq lazımdır ki, bəzi kiçik yazıları və ya çatışmayan yazıları nəzərdən qaçırmayasız”.
 

İlahə