Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupu qərara alıb ki, Azərbaycanda inflyasiyanın məqbul, aşağı səviyyədə saxlanılması üçün tədbirlər görülsün. Halbuki Nazirlər Kabineti nəznində olan Tarif Şurası cəmi bir neçə həftə öncə Aİ92 markalı benzinin qiymətini 10%, dizel yanacağının qiymətini isə 25% artırdılar.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, aqrar sektorda dizel yanacağı istehsal olunan məhsulun maya dəyərində 35-40%-lik paya malikdir: ” Anlamırlarmı ki, əgər dizel 25% bahalaşıbsa, deməli kənd təsərrüfatı məhsullarının qiyməti artacaq?! Başa düşmürlərmi ki, dizel yanacağı logistikada, yükdaşımalarda istifadə edildiyinə görə, ərzaq və qeyri-ərzaq mallarının daşıma xərcləri yüksələcək, onlar da bahalaşacaq?!”