Bəzi bitkilər istiyə dözə bilməyib məhv olacaq. Həmin məhsulların qiymətində artım müşahidə ediləcək.
Bəzi bitkilər istiyə dözə bilməyib məhv olacaq. Həmin məhsulların qiymətində artım müşahidə ediləcək.
TİA.AZ xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun iqlim dəyişikliyinin istehsala təsiri ilə bağlı məlumatında qeyd olunub.
Mütəxəssislərin hesablamalarına görə gələcək 30 ildə istehsal həcmi əhəmiyyətli dərəcədə azalacaq, şokalad, qəhvə, qarğıdalı, banan, yerfındığı və şərab kimi məhsullar bahaşalacaq.
Aparılan tədqiqatlara görə, 30 ildən sonra insanlar məhsulların əkin qaydalarını da dəyişməlidirlər. Əks halda riskə getmiş olacaqlar. Fermerlər kənd təsərrüfatını böyütmək üçün yeni üsullar fikirləşəcəklər. İnsanlar həmçinin yeni bitki növləri hazırlayacaq, istixana tikməli, istehsalı başqa regionlara daşımalı olacaqlar.
Qəhvə
Kakao istehsalın 70 faizinin cəmləşdiyi Cənubi Afrikada 2050-ci ildə temperaturun 2 dərəcə qalxması gözlənilir. Bu artım buxarlanmanı sürətləndirəcək. Dolayısı ilə bitkilərin məhsuldarlığına təsir etmiş olacaq.
İqlim dəyişikliyi qəhvənin keyfiyyətinə də təsir göstərəcək. Yüksək istilərlərdə bitkilər çox məhsul verə bilir, lakin həmin məhsulun keyfiyyəti aşağı olur. Bundan başqa, zərərvericilərin də bu cür havada aktivləşməsi də məhsulun keyfiyyətinə təsir edən məsələdir.
Alimlərin proqnozlarına görə, bütovlükdə 2050-ci ilə dünyada qəhvə becərilən ərazilər 50% azalacaq. Məsələn, bu gün qəhvə istehsalında 17 faizlik paya malik Nikaraquada bu bitkini böyütmək mümkün olmayacaq. Genetik resurs kimi lazım olan vəhşi qəhvə 2080-ci ildə tamamilə yox ola bilər.
Qarğıdalı
Temperatur və rütubətdən asılı olan qarğıdalı bitkisi də iqlim dəyişikliyindən zərər görəcək. Temperaturun 1 dərəcə yüksəlməsi məhsuldarlığa 7 faiz təsir edəcək. Lakin iqlim dəyişikliyinin qarğıdalıya təsiri insanların məhsulsuz qalacağı demək deyil. Qarğıdalının həm də heyvanların qidalanmasında vacib məhsul olduğunu nəzərə alsaq, demək bu ətin qiymətinin də artmasına səbəb olacaq.
İqlim dəyişikliyi həm də yaz şaxtaları ilə müşahidə ediləcək. Temperaturun yüksəlməsi ilə erkən çiçəkləyən ağaclar birdən-birə yaz şaxtası ilə məhv ola bilərlər. Bundan ən çox əziyyət çəkən isə şaftalı, gilas, alma, gavalı, ərik, armud ağacları olacaq.
Qlobal istiləşmə cənub yarımkürəsində həşərat və göbələk-parazitlər fəal artımına səbəb olacaq. Bu da tropik meyvələr xüsusən də, bananın məhsuldarlığına təsir edəcək.
Gələcəkdə Cənubi Afrika əhalisinin əsas qida rasionunu təşkil edən paxlalı bitkilərin məhsuldarlığı da 25 faiz azala bilər. Bunun əsas səbəbi temperaturun yüksəlməsi, bu növ bitkilərin becərildiyi yerlərdə leysan yağışlarının müddətinin artmasıdır.
Rütubətin az olması kimi, artıq olması da yerfındığının inkişafı üçün əngəl hesab edilir.
Tezliklə şərabın da qiymətinda artım gözlənilə bilər. Məsələ bundadır ki, temperaturun yüksəlməsi üzümün dadını dəyişdirə bilir. Bu təsir onun şərabın istehsalı üçün yararsız hala sala bilməsi də inkar edilmir. Mütəxəssislərin sözlərinə görə, 2050-ci ildə bu səbəbdən Avstraliyada, Şimali Amerikada, Avropada və Cənubi Afrikada ərazilərin əksəriyyətindən üzümün becərilməsi üçün istifadə etmək mümkün olmayacaq.
Həmçinin onlar iddia edirlər ki, zamanla şərabın Qırmızı, Cabernet və Merlot kimi növləri yox ola bilər.
İqlim dəyişikliyi Yer kürəsində təkcə torpağa deyil, su qatına da təsir edəcək. Okeanlarda turşuluq dərəcəsi yüksələcək. Bu da insanların qida kimi istifadə etdiyi bəzi dəniz məhsullarının məhvinə səbəb olacaq. Bura istiridyə və bəzi balıq növləri daxildir. Bəzi balıqlar isə iqlim dəyişikliyinə alışırlar. Lakin onların bədən ölçülərində azalma müşahidə edilir. Ekspertlərin proqnozuna görə, 2050-ci ildə orta hesabla balıqların ölçüləri 14-24 faiz azalacaq. Görünən odur ki, insanlar dəniz məhsulları və balıqları süni şəkildə böyütmək məcburiyyətində qalacaq.