BU MƏHSULLARI ALMAYIN… KETÇUP, DONDURMA, HİSƏ VERİLMİŞ KOLBASA…backend

BU MƏHSULLARI ALMAYIN… KETÇUP, DONDURMA, HİSƏ VERİLMİŞ KOLBASA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün market vitrinləri cəlbedici qablaşdırmalı qidalarla insanı cəlb edir. Bir çoxumuz bu qablaşdırmalara aldanırıq. Həm dadı, həm görünüşü bizi cəlb edən qidalar evdə soyuducumuzu, yediyimiz yeməkləri bəzəyib, çayımıza dad qatır. Ancaq orqanizmimiz üçün heç də eyni funksiyanı görmür.

Tribunainfo.az yazır ki, mütəxəssislər orqanizmimiz üçün məsləhət görülməyən marketlərin bizə təqdim etdiyi bəzi məhsulların adlarını açıqlayıb.

Şəkər əvəzləyiciləri – Bu maddəni qəbul edəndən sonra orqanizmdə güclü aclıq hissi yaranır, maddələr mübadiləsi pozulur.
Transyağlar – Dükanlarda satılan və “72,5%” göstərilən “kərə yağları” əslində transyağlardır. Kərə yağı heç bir halda 82,5%-dən aşağı olmur.
Hisə verilmiş kolbasalar – Bu kolbasalar hisə verilmir, xüsusi “hisəvermə” maddəsindən istifadə olunur.
2 aydan artıq saxlama müddəti olan süd məhsulları.
Plastik qablarda mayonezlər – Belə mayonezdəki sirkə plastik qabı içəridən əridir, Zəhərli qarışıq yaradır.
Marmeladlar – Dükanlarda satılan marmeladın tərkibinin 98 faizi kimyəvi əlavələr, dadlandırıcılar və konservantlardır.
Cemlər – Tərkibində normadan dəfələrlə artıq antiturşular var. Əsl mürəbbə və ya cem heç vaxt bu qədər saxlana bilməz.
Vetçina – Dükanlardla satılan vetçinanın 95 faizi ona həcm verən geldən ibarətdir.
Mövsümdən əvvəl və ya sonra satılan bibər – Tam gen-modifikasiyaya uğradılmış “qida”dır.
Dondurma – İndi satılan dondurmaların 99 faizi sırf essenssiyadan hazırlanır və onun tərkibində təbii süd olmur.
Ketçup, souslar, əlavələr – Tərkibdə ifrat dərəcədə konservantlar, boyalar və kimyəvi maddələr var.