“BU MƏHDUDİYYƏT QEYRİ-LEQAL PUL KÖÇÜRMƏLƏRİUNİ ARTIRACAQ”

“BU MƏHDUDİYYƏT QEYRİ-LEQAL PUL KÖÇÜRMƏLƏRİUNİ ARTIRACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan sonra Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdılaşdırdıra bilməyəcək. Digər dəyişikliyə əsasən isə fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq.

Tribunainfo.az xəbər verir ki, iqtisasçı Natiq Cəfərlinin sözlərinə görə, bu qərar adi vətəndaşlar üçün problemlər yarada bilər. İqtisadçının fikrincə, kimsə özünə xaricdə olarkən 21 min dollar və daha baha maşın almaq istəsə, dəyərini ödəmək üçün nə etməlidir?:
“Kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən – axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?!


Bütün bu mənasız məhdudiyyətlər ləğv edilməlidir, yeganə meyar illik gəlir deklorasiyası olmalıdır, leqal pulun varsa nə qədər istəsən, hara istəsən köçürə bilərsən.
Bu qadağalar qeyri-leqal, “qara” pul köçürmələrinin həcmini artıran, korrupsuyanı təşviq edən amilə çevrilir. Bundan başqa, vətəndaşın Konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncam vermə hüququnu pozur”.