“Bu, mədəni fahişəlikdir!” – Aktyordan etiraz

“Bu, mədəni fahişəlikdir!” – Aktyordan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bilsəm, cəmiyyət budur, intihar edərəm!”
Tribunainfo.az Yenicag-a istinadla xəbər verir ki, bunu aktyor və rejissor Kamran Yunis deyib.

O, sosial şəbəkələrdə iyrəncliyin, murdarlığın, tərbiyəsizliyin daha çox reytinq gətirdiyini təəssüf hissi ilə bildirib:

“Bu gün insanlar reytinq naminə bütün sosial şəbəkələrdə hər şeyi etməyə hazırdırlar. Sözün bütün mənalarında ağla gələn hər şeyi. Niyə belədir? Çünki sistem düzgün deyil. Cəmiyyət savadsızlaşdıqca, bayağı şeylərə maraq daha da artır. Hər şey edim, təki reytinq gətirsin. Baxın, “TikTok”a. Əcəba, millətimiz budur? Mən belə deməzdim. Amma söyüş, təhqir, əxlaqsızlıq, iyrənclik, murdarlıq baş alıb gedir.

Bilsəm, cəmiyyət budur, intihar edərəm! “TikTok” nədirsə, Azərbaycan gerçəkliyi budur. İnsanların istədiyi budur. Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək…

Mənim o qədər faydalı fikirlərimin altında söyüşlər yazıblar ki… Bu cəmiyyətə görə özümü, sözümü idarə etməliyəm? Xeyr, yolumla düz gedirəm. Cəmiyyətin arxasınca getməməliyəm, cəmiyyəti öz arxamca aparmalıyam.

“TikTok”da pul qazanmaq söhbəti var və buna görə insan hər cür iyrəncliyə əl atır. Qalan kəsim isə əksinə, yetərincə dəyərli informasiyalar paylaşır, gözəl söhbətlər edir. Amma azərbaycanlıların çoxunun o platformada etdiklərinin əksəriyyəti mədəni fahişəlikdir”.