“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayağı müğənnilər bəzi saytalara aylıq ödəniş edirlər ki, piar olunsunlar. Onları qınamıram, çünki dolanışıqları oradan çıxır”.

Tribunainfo.az  xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Afaqla 10lar” verilişində deyib. Sənətçi bildirib ki, bahalı avtomobil sürmək üçün o da həmkarları kimi bayağı mahnılar oxuyacaq:

“Görürəm ki, savadlı müğənnilərimiz də artıq bayağı mahnılar oxumağa başlayıblar. İstəyirlər işləri, toyları bayağı ifaçılar kimi çox olsun. Onlar kimi yaxşı pul qazansınlar. Mənim də repertuarımda bir-iki bayağı mahnı yer alacaq. Mən də “Range Rover”, “Geländewagen” markalı avtomobil sürmək istəyirəm. Niyə də yox?”.