“Ermənistan Azərbaycanı sülh sazişini imzalamağa və ratifikasiya etməyə dəvət edib”.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Sülh müqaviləsinin 17 maddəsinin 13-ü, eləcə də müqəddiməsinin üçü qismən razılaşdırılıb. Bütün bu maddələri sülh sazişi kimi biz dünən rəsmi Bakıya təqdim etdik”, – deyə o, qeyd edib.
Baş nazirin sözlərinə görə, bu, mümkündür, çünki Ermənistan və Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub.