Bu küçədə oturmaq qadağan edildi – Dilənçilərlə mübarizə aparmaq üçün QEYRİ-ADİ ADDIM

Bu küçədə oturmaq qadağan edildi – Dilənçilərlə mübarizə aparmaq üçün QEYRİ-ADİ ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın Bezanson şəhər bələdiyyəsi xüsusilə yay aylarında çoxalan küçə dilənçilərini təmizləmək üçün qeyri-adi addım atıb.
 
Sfera.az xəbər verir ki, bələdiyyə sədri Jan Lui Fusseret şəhərin əksər yerlərində küçədə oturmaq, uzanmaq, spirtli içkilər içmək və yığışmağı qadağan edən sərəncam imzalayıb.
30 sentyabra qədər tətbiq olunacaq qərar bazar günü istisna 10:00-20:00 saatlarında qüvvədə olacaq, ehtiyac olduğu təqdirdə uzadılacaq.
Fusseret şəhərin qələbəlik küçə və meydanlarında oturan, spirtli içkilər içən və dilənçilik edən şəxslərin piyadaların hərəkətinə maneçilik yaratdığını, qanuna qarşı çıxanların 38 avro cərimə olunacağını bildirib.