Bakıda yerləşən “İnternational Medical Center” adlı klinikadada dələduzluq aşkarlanıb.
Tribunainfo.az-ın məlumatına görə, normal anadan olan uşağa ciyərlərinin açılmaması deyilib və depozit tələb olunub.
Belə ki, Ehtiram Həsənov sentyabr ayında uşağını bu klinikaya aparıb. Uşaq normal anadan olub, hər şey əla. Səhəri gəliblər ki, bəs uşağınızın ciyəri açılmır depozit qoyun müalicə edək, bərbər işləyən ata borc xərc 2000 manata yaxın depozit qoyub, sonra bir də depozit istəyəndə deyib pulum yoxdur, uşağı çıxarıb ayrı xəstəxanaya aparıb, 2 ay sonra qayıdıb “İnternational Medical Center” klinikasına ki, uşağın doğum haqqında arayışını götürsün, deyiblər 1600 manat sənin verəcəyin var. Ata etiraz edib, deyib ki, mən çıxanda heçnə deməmisiniz, həm də qəbz tələb edib, heçnə verə bilməyiblər. Oranın direktoru Əli Əskərovla görüşüb. Direktor deyib ki,1000 manat ver Şəhadətnaməni verim, yoxsa kimə istəyirsən şikayət elə verən deyiləm.
Qeyd edək ki, klinikanı google-da araşdırdıqda eyni mənzərəli ssenariləri bir çox valideyinə yaşadıblar. Xəstəxana qəsdən, pul üçün uşaqların sağlamlığı ilə oynayır. Həm dövlətin verdiyi sənədi “zaloq” saxlamaq qanunsuzdur.