Bu kəndlər Azərbaycana qaytarılacaq – RƏSMİ AÇIQLAMA – VİDEObackend

Bu kəndlər Azərbaycana qaytarılacaq – RƏSMİ AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O vurğulayıb ki, həmin kəndlər Azərbaycan əraziləridir.
Nazir müavini Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da diqqət çəkib: ”Azərbaycan sülh gündəliyini ortaya qoyub, bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır”.