backend

Bu kəndin əhalisinin hamısı XƏRÇƏNG xəstəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Anadolu şəhərinin Aydın əyalətində yerləşən Kısır kəndində ard-arda dəhşətli ölüm hadisələri qeydə alınır.  

Türkiyənin Anadolu şəhərinin Aydın əyalətində yerləşən Kısır kəndində ard-arda dəhşətli ölüm hadisələri qeydə alınır. 

Ərazidə insanların hamısı xərçəng xəstəliyindən əziyyət çəkir.

TİA.AZ xəbər verir ki, ərazidə 1958-ci ildə açılan və təhlükəsizlik baxımından yoxlanılmayan uran mədəni əhalinin sağlamlığı üçün ciddi xəstəliklər yaradır. Əhalinin xərçəngə yoluxmasını ekspertlər bununla əlaqələndirirlər.

Ad-arda 30 nəfərdən çox insanın xərçəng xəstəliyindən ölümü kəndin adını “xərçəng kənd” olaraq hallanmasına səbəb olub. Yerli sakinlər “biz ölürük, bizi xilas edin” deyə kömək istəyirlər.

Cənnəti xatırladan yam-yaşıl təbiətinə baxmayaraq, ərazidə normadan artıq radiasiya var. İnsanların çoxu eyni anda həm ağciyər, həm də böyrək xərçəngindən əziyyət çəkir.

Burada zeytun meşəsinin içində 13 qazma quyusu var. Yerli əhali radiasiya səbəbindən demək olar ki, məhsul əldə edə bilmir. 

Mütəxəssislər müxtəlif cihazlarla ərazidəki radiasiya gücünü ölçüblər. Alınan nəticəni Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi illik radiasiya normaları ilə qarşılaşdırıblar.

Dünya Səhiyyə Təşkilatının illik radiasiya norması 1 sievert olduğu halda, ərazidə olan radiasiya normanın 450 qatını təşkil edir.

Əhalinin ərazidən köçürülməsi ilə bağlı tədbir görülür.