Elektron kağız texnologiyası üzrə ixtisaslaşmış “E Ink Holdings” şirkəti ən yeni hazırlamasını Tokioda keçirilən “Connected Ink 2018” konfransında nümayiş etdirib.
TİA.AZ ICTnews-a istinadən bildirir ki, “JustWrite” adlandırılmış yeni hazırlama elektroforetik plyonka formasındadır və onun üzərində xüsusi qələmlə heç bir ləngimə olmadan yazmaq mümkündür.