Britaniyanın “The Guardian” və “The Observer” nəşrlərinin əməkdaşları “The Observer”in Tortoise Media xəbər portalına satılması təklifi ilə əlaqədar 50 ildən sonra ilk dəfə tətilə çıxıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Jurnalistlər Birliyi NUJ məlumat yayıb.
Tətil “The Guardian” və “The Observer” qəzetlərinin sahibi olan Guardian Media Group-un (GMG) qərargahında başlayıb.
Jurnalistlər Birliyi qeyd edib ki, piket dünyanın ən qədim bazar günü qəzeti olan “The Observer”in ilk nömrəsinin çapının 233-cü ildönümü ilə əlaqədar keçirilir. İşçilər nəşrin satışı ilə bağlı danışıqların onlarla məsləhətləşmədən aparılmasından narazı olduqları üçün nümayişə çıxıblar. NUJ bildirib ki, tətillər dekabrın 4-5 və 1-13-də keçiriləcək.
Sosial şəbəkələrdə Milli Yazıçılar Birliyinin şöbələrindən jurnalistlərə qarşı həmrəylik mesajları görünməyə başlayandan sonra hakim İşçi Partiyasından olan İcmalar Palatasının (parlamentin aşağı palatası) üzvü Endryu Pakes tətilə qoşulub.
Dəniz Pənahova