Bu istidə ölüm də mümkündür – Həkim xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraitinin isti keçməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. 

Hava şəraitinin isti keçməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir.

Bunu TİA.AZa açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Həkimin sözlərinə görə, havanın isti olduğu günlərdə iş rejimi qısaldılmalı, eyni zamanda əhaliyə lazımi məsləhətlər verilməlidir: “Saat 12-dən 17-ə kimi günəş şuaları altında dayanmaq olmaz. Çünki belə temperaturda bədən səthində buxarlanma həddən artıq çox olur, qan qatılaşır. Nəticədə təzyiq düşə bilər. Orqanizmdə istilik tənzimində problem yaranırsa, daxili temperatur yüksəlir, maddələr mübadiləsi pozulur. Bu isə ölümə gətirib çıxarır”.

Professor bildirib ki, orqanızmdə normada bioloji proseslərin getməsi üçün 36-37 dərəcə temperatur lazımdır: “Yüksək temperatur zamanı çox ciddi dəyişikliklər baş verir. İnsanlar evdən çıxanda mütləq özləri ilə su götürməlidirlər. Bir insanı gün vurubsa, onu sərin yerə keçirmək, maye içirmək, alnına soyuq suda isladılmış dəsmal qoymaq və dərhal həkim çağırmaq gərəkdir”.

Adil Qeybulla qeyd edib ki, insanlar isti havalarda yağlı yeməklərdən imtina etməlidirlər: “Sulu xörəyə və meyvəyə üstünlük verilməlidir. Daha çox su qəbul etmək vacibdir. Qanın qatlaşmasında problemləri olan şəxslər su qəbuluna daha artıq diqqət yetirməlidirlər. Evdəki kondisioner havanı bayırda olan temperatura uyğun tənzimlənməlidir. Çöldə 30 dərəcədən çox temperatur varsa, kondisioneri 23-25 dərəcədə qoymaq lazımdır”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, iyun ayından etibarən bu günə kimi stansiyaya günvurma diaqnozu ilə 7 nəfər müraciət edib: “Onlara tibbi yardım göstərib, evə buraxılıblar, iki nəfər isə xəstəxanaya yerləşdirilib”.

Rauf Nağıyev qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.