“Mina təmizləyən səhər evdən çıxanda fikirləşir ki, qayıtmayacam. Onların əməkhaqqı yüksək olmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Siyavuş Novruzov deyib.Deputat bildirib ki, mina təmizləmə ilə məşğul olan işçilərin pensiya yaşı aşağı salınmalıdır. Büdcə müzakirəsi gedir, xahiş edərdik bu məsələlərə bir də baxılsın və mina təmizləyənlərin əməkhaqqı artırılsın”, – deyə deputat bildirib.