Apple şirkəti iPhone 16 seriyasının qiymətlərində artım planlaşdırır.
Məlumata görə, şirkət payızda buraxılacaq iPhone seriyasında qiymətləri qaldıra bilər.
Tribunainfo.az xəbər verir ki, yeni iPhone-ların dizaynda və formatda dəyişikliklərə məruz qalacağı gözlənilir. Bu dəfə şirkət xüsusilə ultra nazik iPhone buraxmağa hazırlaşır.
Bildirək ki, hazırda ABŞ-də iPhone 16-nın əsas modelinin qiyməti 799 dollardır. Qiymətin ABŞ-də 1,100 dollara yüksələcəyi gözlənilir. Bu, təxminən 40% artım deməkdir. Qiymət artımı, ultranazik dizayn, təkmilləşdirilmiş A18 çipi və inkişaf etmiş kamera sistemləri kimi yeni xüsusiyyətlərlə əlaqələndirilir.
Hazırda Azərbaycan bazarında iPhone qiymətlərinin necə dəyişdiyinə nəzər salaq:
iPhone 16 (128 GB): Təxminən 1,999 – 2,040 AZN aralığında satılır.
iPhone 15 (128 GB): Təxminən 1,699 – 1,729 AZN aralığında təklif olunur.
Bu qiymətlər mağazalara, daxili yaddaş həcminə və digər xüsusiyyətlərə görə dəyişə bilir.
Şirkətin yeni qərarından sonra bu modellərdə də qiymət artımı müşahidə ediləcəyi gözlənilir.
Nigar İxtiyarqızı