Bu institut 2000 manat cərimələnə bilərbackend

Bu institut 2000 manat cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Metrologiya İnstitutu barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, İnstitut İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci (Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.

538-1.2-ci maddəyə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
Azərbaycan Metrologiya İnstitutu 2017-ci ildə Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitutun baş direktoru vəzifəsini müvəqqəti olaraq Teymur Səfiyev icra edir. O, qurumda baş direktorun müavini vəzifəsini tutur.