“Bu insanlar necə cangüdənlər saxlayır, xarici avtomobillər alır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalist Əfqan Muxtarlının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılması məsələsinə münasibət bildirib. 

Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalist Əfqan Muxtarlının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılması məsələsinə münasibət bildirib.

TİA.AZ xəbər verir ki, Z.Qaralov jurnalistlərə açıqlamasında Əfqan Muxtarlı ilə bağlı qanunun tələblərinə müvafiq olaraq addımlar atıldığını söyləyib:

“Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT-lər qanunvericiliyin tələblərini, xüsusən maliyyə şəffaflığı sahəsində tələbləri pozublar.

Siyasi partiyalar Mərkəzi Seçki Komissyisasına, QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidirlər. Onlar uzun illərdir ki, bu barədə müvafiq məlumatları təqdim etmirdilər. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək və onları qanuna dəvət edək. Azərbaycanda bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT-lər və partiyalar vəsaiti digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz gətirmək istəyirlər. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar 10 illərlə ictimai işlərlə məşğul olmayaraq, hər hansı qurumlarda işləməyərək cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Nümunə olaraq Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin ciddi yoxlanması təmin edilsin”.