Bu insanlar “McDonald’s” və digər ayaqüstü yeməklərdən uzaq olmalıdırlar – Mütəxəssisbackend

Bu insanlar “McDonald’s” və digər ayaqüstü yeməklərdən uzaq olmalıdırlar – Mütəxəssis

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da “McDonald’s” yeməyində bağırsaq çöpləri infeksiyasına bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib. Azərbaycanda da bu restoranlar şəbəkəsi fəaliyyət göstərir və zaman-zaman verilən yeməklərin keyfiyyəti müzakirəyə çıxarılır. Əksər həkimlər ayaqüstü yeməklərdən uzaq durmağa çağırır və mədə-bağıraq sisteminə zərərlərindən danışırlar.

Tribunainfo.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, ümumiyyətlə “McDonald’s” və digər bir çox “fast food” qida şəbəkələri var: “Təbii ki, belə yerlərdə qidaların tərkibi daha çox gec xarab olmasına, uzunömürlü olmasına, yarımfabrikat olmasına diqqət olunur”.

Ekspertin sözlərinə görə, bu kimi qidalar, mənşəyi bəlli olmayan qidalar var ki, immun sistemi zəif, xroniki xəstəliyi olan, eləcə də yuxarı və azyaşlı uşaqlarda daha ciddi fəsadlar törədə bilir:
“Xüsusilə bakteriyanın aşkarlanması zamanı təkcə zəhərlənmə faktı deyil, bir çox insanlarda mədə-bağırsaq pozuntusu halları müşahidə olunur. Ümumiyyətlə, yaxşı olar ki, sağlamlıq problemləri olan insanlar mənşəyi bəlli olmayan istənilən “fast food” şəbəkəsində qidalardan gündəlik istifadə etməsinlər. Çünki immun sistemi güclü olmadıqda buna dərhal reaksiya verir”.
M.Hüseynova hesab edir ki, immuniteti güclü olanlar isə nadir hallarda, ayda bir dəfə, o da az miqdarda bu qidalardan istifadə etsələr yaxşıdır: “Amerikadakı hadisəyə gəlincə, konkret məlumat olmadığına görə bəlli deyil ki, problemin soğanda olduğu göstərilib. Yəqin ki, hələ də araşdırma gedəcək. Ölkəmizdə hansı səviyyədə olduğunu bilmək üçün aidiyyatı qurumlar monitorinq aparmalıdır. Bu zaman məhsullardan nümunə götürülərək dəqiq nəticə əldə etmək olar”.

 

Dəniz Pənahova