Xəbər verildiyi kimi, Azərbaycan Ermənistandan ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələsində birgə addım atmasını tələb edib. Tribunainfo.az xəbər verir ki, Ermənistan XİN-I dünən bu məsələnin sülh sazişinə salınmasının mümkün olacağını bəyan edib.
Ermənistan siyasi cameəsi isə bildirir ki, hadisələrin indiki gedişatı Minsk Qrupunun ləğv ediləcəyini deməyə əsas verir. Onlar hesab edirlər ki, bu hadisə Qarabağ məsələsinin birdəfəlik bağlanması deməkdir. Ona görə də, hakimiyyətin bu yöndə addımlarını sərt təqdim edirlər.
“İravunk” qəzeti isə yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev sistemli şəkildə məqsədlərinə çatmağa başlayıb. Yazıda vurğulanır ki, rəsmi Bakı tələblərini bir-bir səsləndirməklə vaxt qazanmağa çalışmır. “Əksinə, onların mərhələli şəkildə, Ermənistanın edə biləcəyi formada təqdim edir”.
Erməni nəşri Minsk Qrupu məsələsinə toxunaraq qeyd edib ki, COP29-a qədər proseslə bağlı hər şey aydınlaşacaq. Lakin qəzet baş nazir Nikol Paşinyanın Bakının tələbini yerinə yetirməkdən başqa yolunun olmadığını da bildirib.
“İravunk” sonra qeyd edib ki, əgər Minsk Qrupu ləğv edilərsə, bu Prezident İlham Əliyevin növbəti fəthi olacaq.