Bu il “Xocalıya ədalət!” yürüşü məhdud sayla da olsa Xocalıda keçirilməlidir. Tribunainfo.az məlumat verir ki, jurnalist Elçin Rüstəmli bu təklifi irəli sürüb. Onun sözlərinə görə, soyqırımın törədildiyi, insanlarımızın qanına qəltan edildiyi yerdə yürüş olması ilə onların ruhu bir az dinclik tapar. Bu ideyanı dəstəkləyən digər sosial media istifadəçiləri də olub. Ötən il keçirilən antiterror əməliyyatından sonra Xocalı azaddır. Hüquq müdafiəçisi Xəzər Teyyublu da bu təklifi müsbət sayır. Onun fikrincə, qərarı dövlət verəcək, amma az sayda Xocalı sakininin bu şəhərə səfəri təşkil edilə bilər.