backend

Bu il yol qəzalarında 162 nəfər ölüb – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9% azalaraq 573 nəfər olub. 

Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9% azalaraq 573 nəfər olub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 162 nəfər ölüb, 411-i isə xəsarət alıb. Hadisələrin 46,7%-i gündüz, 33,9%-i gecə, 19,4%-i isə toran vaxtı baş verib, 24,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,9%-i yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində ölənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0% artaraq 119 nəfər, xəsarət alanların sayı isə 7,2% azalaraq 386 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,9%-i nəqliyyat vasitələrinin və piyadaların, 33,7%-i bir neçə nəqliyyat vasitəsinin, 18,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0% artıb, 17,0% və 9,6% azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin72,8%-ni, xəsarət alanların isə 71,8%-ni kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Belə hadisələrin 85,7%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3%-i dayanma və ya durma qaydalarının pozulması, 9,5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 15,1 mln. manat məbləğində cərimələr tətbiq edilib.