Bu il yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 3 faiz artıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov deyib.
O qeyd edib ki, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərdiyini diqqətə çatdırıb: “Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım göstərilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb”.
Baş həkim il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də söyləyib: “Onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verib”.