Birləşmiş Millətlər Təşkilatı 440 mini ölkə içində yer dəyişdirmiş, 31 mini isə qonşu ölkələrə sığınmış yarım milyona yaxın suriyalının bu il ərzində evlərinə qayıtdığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı 440 mini ölkə içində yer dəyişdirmiş, 31 mini isə qonşu ölkələrə sığınmış yarım milyona yaxın suriyalının bu il ərzində evlərinə qayıtdığını açıqlayıb.
TİA.AZ “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı (UNHCR) ölkənin bəzi regionlarında təhlükəsizlik şəraitinin yaxşılaşdığına görə, bu adamlardan çoxunun Hələb, Xam, Xüms və Dəməşqə qayıtdığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Andrej Mahekik deyib ki, “Bu mühüm meyl və əhəmiyyətli bir rəqəmdir”.
Mahekik bildirib ki, bir çox adam mülklərini idarə etmək və qohumlarının vəziyyətlərini öyrənmək üçün geri qayıdır: “Onlar qayıtdıqları bölgələrdəki təhlükəsizlik vəziyyəti haqqında həqiqət olsa da, olmasa da, buralarda bəzi irəliləyişlər olduğunu düşünürlər”.
İlahə