Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib.
Tribunainfo.az xəbər verir ki, kralın ölkə əhalisinə müraciətində ölkədəki iqlim və iqtisadi çətinliklər səbəbindən heyvan sayının azalması və bu ibadətin aztəminatlı ailələr üçün böyük yük yarada biləcəyi vurğulanıb.
O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirilib. Kral, bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib. Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.
Musavat.com