Bu il qarpızın baha olacağı gözlənilir – VİDEO

Bu il qarpızın baha olacağı gözlənilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il qarpız mövsümünün erkən başa çatacağı gözlənilir. Səbəb isə qarpız kolları üzərində məhsulun olduqca az olmasıdır.

Fermerlər mövsümün əvvəlində ümidli idilər ki, bu il bol məhsul tədarük edəcəklər. Bunun üçün səbəbləri də var idi. Çünki hava yaxşı keçir, bitki normal inkişaf edirdi. Amma qeyri-sabit hava şəraiti vəziyyəti dəyişdi.

Fermerlər deyirlər ki, məhsul ötən ilkindən az olacaq. Çəkilən xərclər də nəzərə alınsa, qarpızın daha baha satılacağı ehtimal edilir.

Təsərrüfatçıların qənaətinə görə, məhsuldarlıqda təxminən 30-40 faiz itki gözlənilir.

Ətraflı “AzTV Xəbər”in süjetində: