İran və Rusiya regional logistikanın inkişafı, blokadada olan marşrutların açılması üçün tələsir. Son günlər Tehran və Moskvanın bəyanatları da buna işarədir. Hər iki ölkə sanksiyalar altındadır və bu səbəbdən kommunikasiyaların tez vaxtda işə düşməsi ən çox onlara lazımdır. Tribunainfo.az-ın siyasət şöbəsi bu barədə yazır və təhlil edir ki, Zəngəzur koridoru, 3+3 formatı regional iqtisadi inkişafı gücləndirəcək, amma Ermənistan və Gürcüstan hələ də qeyri-müəyyən vəziyyətdədir. Gürcüstan Rusiya ilə düşmən, Ermənistan Zəngəzura yolun nəzarətinin Rusiyaya verilməsi əleyhinə, təbii ki, bu da prosesi yubadır. Lakin analitiklərin müşahidələrinə görə, 2024 nəqliyyat kommunikasiyalarının açılması ili kimi tarixə düşə bilər. Tərəflər bu istiqamətdə müsbət ismarışlar ötürür.