Bu il evlənmək istəyən 69 nəfərdə İİV tapılıb

Bu il evlənmək istəyən 69 nəfərdə İİV tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, 1 iyun 2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub.

Onlardan 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.