“Bu gün manatın məzənnəsinin ABŞ dollarına münasibətdə sabitliyi hökumət üçün 1 nömrəli prioritetdir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər baş vermiş iki devalivasiya hadisəsi hökumət üçün ciddi dərs olub. Əliyev hesab edir ki, neftin qiymətində kəskin ucuzlaşma olmasa, ən azı bu il məzənnədə dəyişiklik edilməsi gözlənilmir. “Yəni hökumət mümkün qədər məzənnəni dəyişməz saxlayacaq”.
Xatırladaq ki, Mərkəzi Bankın rəhbəri bu yaxınlarda açıqlama verərək, manatı hər hansı risk gözləmədiyini bildirib. O qeyd edib ki, Mərkəzi Bankın bu il üçün manatın devalivasiyas üçün hər hansı istəyi və tələbi yoxdur.