Sosial evlərlə bağlı ikinci layihə Bakı şəhərində həyata keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib.
Sosial evlərlə bağlı ikinci layihə Bakı şəhərində həyata keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib.
Onun sözlərinə görə, statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır.
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq: “Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək”.
Millət vəkili Musa Quliyev mövzu ilə bağlı AzVision.az -a bildirib ki, sosial binaların ilk mənzilləri bu ilin sonunda əhalinin istifadəsinə veriləcək”.
M.Quliyev qeyd edib ki, sosial mənzillərin tikintisi təkcə Bakı və böyük şəhərlərdə deyil, Azərbaycanın bütün rayonlarını əhatə edəcək.
“Sosial evlərin tikintisi mühüm layihədir və bu, cənab prezidentin Azərbaycanın evsiz vətəndaşlarına böyük töhvəsidir. Bildiyimiz kimi, Yasamal rayonu ərazisində ilk sosial binaların təməli qoyulub. Orada artıq tikinti işləri həyata keçirlir. Paytaxtda kinci böyük layihə Hövsan qəsəbəsində həyata keçiriləcək. Bakı ilə yanaşı regionlarda da sosial mənzillərin tikintisi nəzərdə tutulub.
Qeyd edim ki, bu il 29 sosial bina tikiləcək. Hazırda regionlarda sosial evlərin tikilməsinə hazırlıq prosesi gedir. Yerlərin dəqiqləşdirilməsi işləri aparılır. İşlər başa çatdıqdan sonra tikintiyə start veriləcək. Bu, böyük layihədir. Nəticədə yüzlərlə evsiz ailənin problem həllini tapacaq”.
tia.az