Bu il Azərbaycanda hansı bank bağlana bilər?backend

Bu il Azərbaycanda hansı bank bağlana bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu ilin sonuna kimi Azərbaycanda hər hansı bir bankın bağlanılması gözlənilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə bankların heç birində ciddi ödəniş problemi yaşanmır:
“Amma bizdə praktikada belə şeylər olub, bəzən heç bir problemi olmayan bankların fəaliyyətini qəfildən dayandırıblar. Məsələn, 2020-ci ildə “NBCBank” ASC-nin lisenziyaları ləğv edildi, ötən il isə “Günay Bank” bağlandı. Bankların bağlanması ciddi əsas olmalıdır”.
Əkrəm Həsənov hazırda fəaliyyətdə olan bütün bankların problemli kreditləri olduğunu vurğulayıb.