Bu il 6 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin ötən dövrü ərzində Azərbaycanda 6 ölkələrarası övladlığa götürmə prosesi həyata keçirilib”.

 

“Bu ilin ötən dövrü ərzində Azərbaycanda 6 ölkələrarası övladlığa götürmə prosesi həyata keçirilib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.

O bildirib ki, 2017-ci ilin 9 ayı ərzində komitə 6 uşağı ölkələrarası övladlığa götürmə prosesi ilə xarici ölkə vətəndaşlarına verib: “Uşaqları övladlığa götürən şəxslərdən 3-ü Rusiya, 1-i Gürcüstan, 1-i Almanya, 1-i Türkiyə vətəndaşı olub. Övladlığa götürən xarici vətəndaşların çoxu azərbaycanlılar olur. Almaniya vətəndaşı olan şəxs öz azərbaycanlı xanımının uşağını övladlığa götürüb”.

Komitə rəsmisi xatırladıb ki, xarici vətəndaşların Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürməsi məsələsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: “Bu günə kimi komitənin rəyi ilə övladlığa verilən uşaqlar arasında geri qaytarılma halı olmayıb”.

S.Məmmədovun sözlərinə görə, övladlığa götürməklə bağlı müraciət edənlər daha çox azyaşlı uşaqlar istəyirlər:“Müraciət edənlər 3-5 yaşa qədər olan uşaqlara üstünlük verirlər. Xarici vətəndaşlar çox vaxt uşağın cinsinə o qədər də önəm vermirlər, qız da, oğlan da ola bilər”.
O bildirib ki, ölkə qanunvericiliyinə uyğun olaraq övladlığa götürən şəxslər 3 il ərzində 6 aydan bir Azərbaycan tərəfinə uşağın təhsili, inkişafı, sosial mühitə uyğunlaşması ilə bağlı hesabat təqdim edir: “Həmin hesabata 15 dəqiqəlik videoyazı və şəkillər də əlavə olunur. Üç ildən sonrakı müddətdə isə bu proses könüllüdür”.